Ünvanlı Sistemlər
Ünvanlı yanğın siqnalizasiya sistemləri yanğının ilkin mərhələdə dəqiq və operativ şəkildə aşkarlanmasını təmin edən müasir və yüksək texnologiyalı təhlükəsizlik həllərindən biridir. Bu sistemlərdə hər bir detektor, əl ilə xəbərvermə düyməsi və digər qurğular fərdi ünvana malik olur. Nəticədə hər hansı hadisə baş verdikdə mərkəzi paneldə dəqiq olaraq hansı cihazın və hansı zonanın aktivləşdiyi anında müəyyən olunur.
Bu xüsusiyyət operativ müdaxiləni sürətləndirir və risklərin minimuma endirilməsində mühüm rol oynayır.
Ünvanlı sistemlər xüsusilə böyük və mürəkkəb strukturlu obyektlər üçün nəzərdə tutulub. Biznes mərkəzləri, hotellər, xəstəxanalar, istehsalat sahələri, iri anbarlar, ticarət mərkəzləri və çoxmərtəbəli binalar üçün ideal seçim hesab olunur. Bu sistemlərin əsas üstünlükləri yüksək dəqiqlik, geniş nəzarət imkanları, mərkəzləşdirilmiş idarəetmə və digər təhlükəsizlik sistemləri ilə inteqrasiya olunma qabiliyyətidir.
Sistem mərkəzi idarəetmə paneli, tüstü və istilik detektorları, əl ilə xəbərvermə düymələri, səsli və işıqlı xəbərdarlıq vasitələri, eləcə də ehtiyat enerji mənbəyindən ibarət olur. Yanğın əlaməti aşkar edildikdə sistem yalnız siqnal verməklə kifayətlənmir, eyni zamanda havalandırma, keçid nəzarəti, lift və avtomatik yanğınsöndürmə sistemləri ilə inteqrasiya olunaraq kompleks təhlükəsizlik mexanizmini işə salır.
Ünvanlı yanğın siqnalizasiya sistemləri yüksək təhlükəsizlik tələbi olan obyektlər üçün daha dəqiq, çevik və etibarlı həll təqdim edir. Peşəkar şəkildə layihələndirilib quraşdırıldıqda bu sistemlər yanğının erkən mərhələdə aşkarlanmasını təmin edir, insanların təhlükəsiz təxliyəsinə şərait yaradır və mümkün maddi itkiləri minimuma endirir.
Techart olaraq obyektinizə uyğun ünvanlı yanğın siqnalizasiya sistemlərinin layihələndirilməsi, quraşdırılması və texniki xidmətini beynəlxalq standartlara uyğun şəkildə həyata keçiririk. Təhlükəsizliyi riskə atmayın – bizimlə əlaqə saxlayın.
Təhlükəsizlikdə doğru qərarı verin
Obyektiniz üçün ən uyğun sistemləri birlikdə müəyyən edək. Peşəkar həllər və pulsuz konsultasiya təqdim edirik.
Bizimlə əlaqə